Təhlükəsizlik yanaşması

Məlumatların təhlükəsiz qaydada saxlanılması Gotag üçün ən önəmlı sahələrdən biridir. Bu səbəblə “Platforma” bulud texnologiyasının ən son yanaşmaları əsasında hazırlanmaqla bərabər burada daim lazımi yeniləmə işləri aparılmaqdadır.


Bulud texnologiyası

Məlumatların müştərilər tərəfindən asanlıqla istifadə edilə bilməsini təmin edən, birdən çox serverə qoşulmuş, yüksək təhlükəsizlik standartlarına malik olan onlayn məlumat anbarıdır. Müştərinin gözü ilə baxdıqda məlumatlar böyük bir virtual buludda saxlanılır və emal edilir. Fiziki olaraq bu serverlər fərqli coğrafi məkanlarda bir birindən uzaq məsafələrdə yerləşə bilər.


Bulud texnologiyasının üstünlükləri

Ən son texnoloji yenilikləri özündə cəmləşdirən bulud texnologiyas; müştərilərə internetə çıxışı olan istənilən yerdə öz məlumatlarını əldə etməklə bərabər, bu məlumatların emalı və istifadəsini həyata keçirmək imkanı yaradır. Bu yanaşma vasitəsi ilə müştəri fiziki serverlər qurmaq məcburiyyətində qalmır və təbii olaraq fiziki serverlə bağlı quruculuq və dəstəkləmə xərclərindən də azad olur. Çünki bütün bu növ işlər bulud texnologiyasını təmin edən şirkət tərəfindən aparılır.

GOTAG VİZİTKARTLARINI

XÜSUSİ KORPORATİV TƏKLİF ALARAQ İSTİFADƏ ETMƏK ÜÇÜN FORMU DOLDURUN